VTB Azərbaycan iqtisadiyyatına $700 mln. yatırıb

VTB Azərbaycan iqtisadiyyatına $700 mln.  yatırıb
# 14 oktyabr 2016 07:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "VTB Qrup" 2009-cu ildən etibarən Azərbaycan iqtisadiyyatına $700 mln. həcmində investisiya yatırıb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.

Onun sözlərinə görə, bu vəsaitdən $300 mln. "Bank VTB (Azərbaycan") ASC-nin inkişafına, $400 mln. isə nəqliyyat və infrastruktur kimi sahələrdə reallaşdırılan layihələrin inkişafına yönəldilib.

"Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51%-i Rusiyanın "Bank VTB" ASC-yə, 48,99% "AtaHolding" ASC-yə, 0,01% isə fiziki şəxsə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR