AZAL Bakı-İstanbul-Bakı istiqamətində uçuşlarda xüsusi aksiya keçirir

AZAL Bakı-İstanbul-Bakı istiqamətində uçuşlarda xüsusi aksiya keçirir
# 30 iyun 2015 14:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-İstanbul və İstanbul-Bakı istiqamətindəki uçuşlarda xüsusi aksiyaya başlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aksiya çərçivəsində Bakı-İstanbul-Bakı (Sabiha Gökcen) aviareysi 239 avroya (279 dollar) başa gələcək.

Uçuş və bu istiqamətdə biletlərin satış tarixləri 1 oktyabr tarixinə kimidir.

Qeyd edək ki, qiymətə yığımlar və rüsumlar da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR