Musiqili Teatr mövsümə “O olmasın, bu olsun” tamaşası ilə yekun vuracaq

Musiqili Teatr mövsümə “O olmasın, bu olsun” tamaşası ilə yekun vuracaq
# 29 iyun 2015 13:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Musiqili Teatr mövsümün bağlanışını “O olmasın, bu olsun” tamaşası ilə edəcək.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, mövsümə iyulun 12-də yekun vurulacaq.

S. Sədaqətoğlu qeyd edib ki, “O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın 105-ci mövsümdəki uğurlu tamaşalarından biri olub. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Milli Mükafatına layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR