Şirkətə ziyan vurmaqda təqsirləndirilən menecerə şərti cəza verilib

Şirkətə ziyan vurmaqda təqsirləndirilən menecerə şərti cəza verilib
# 29 dekabr 2016 13:09 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Cəfərova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Qeyd edək ki, S. Cəfərov "Koroğlu" MMC-də satış meneceri işləyib. O, şirkətə 12 min manatlıq ziyan vurmaqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR