Türkiyədə 15 mətbu orqan qapadılıb

Türkiyədə 15 mətbu orqan qapadılıb
# 30 oktyabr 2016 06:12 (UTC +04:00)

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qərara əsasən 15 mətbuat orqanı qapadılıb.

APA-nın “Resmi Qazete”yə istinadən verdiyi məlumata görə, “Jin” vəe “Diha” xəbər agentlikləri, 10 qəzet və 3 jurnal bağlanıb.

Digər qərara əsasən 6 bölgə qəzeti, bir telekanal və “Umut FM” və “Yağmur FM” radiolarının fəaliyyətinə qoyulan qadağa ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR