Sofiyada İtaliyaya məxsus hərbi təyyarə qəza enişi edib

Sofiyada İtaliyaya məxsus hərbi təyyarə qəza enişi edib
# 16 yanvar 2017 21:01 (UTC +04:00)

İtaliyaya məxsus “Spartan” hərbi təyyarəsi Bolqarıstanın paytaxtında qəza enişi edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.

Məlumata əsasən, bundan əvvəl İtaliya hərbçilərindən ibarət nümayəndə heyəti təyyarə ilə Plovdiv şəhərində keçirilən konfransa yollanıb. İnsident nəticəsində zərərçəkən olmayıb. Məlumata görə, hazırda hava limanı ştat rejimində işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR