"PAŞA Bank" Gürcüstandakı törəməsindən üçqat ucuz vəsait cəlb edir

"PAŞA Bank" Gürcüstandakı törəməsindən üçqat ucuz vəsait cəlb edir
# 05 dekabr 2016 10:54 (UTC +04:00)

30 iyun 2016-cı il tarixinə "PAŞA Bank" ASC-nin Azərbaycan və Gürcüstanın Mərkəzi Bankları qarşısında öhdəlikləri 37,191 mln. manat təşkil edir.

"APA-Economics" "Ernst&Young" şirkəti tərəfindən aparılan bankın konsolidasiya olunmuş audit hesabatına istinadən xəbər verir ki, 2015-ci ilin sonuna bu göstərici 48,383 mln. manat olub. Beləliklə, bankın tənzimləyicilər qarşısındakı öhdəlikləri 23,1% azalıb.

Sənəddə qeyd edilib ki, kreditlərin müddəti 2017-ci ilin noyabr ayında başa çatır. Azərbaycan və Gürcüstan Mərkəzi Banklarından cəlb olunan kreditlərin illik faiz dərəcəsi müvafiq olaraq 3,5% və 9,1% təşkil edir.

Qeyd edək ki, "PAŞA Bank"ın Gürcüstanda "PASHA Bank Georgia" adlı törəməsi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR