Milli Məclisdə büdcə zərfinin müzakirələri davam edir

Milli Məclisdə büdcə zərfinin müzakirələri davam edir
# 07 dekabr 2016 09:38 (UTC +04:00)

Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirələri davam edib.

APA-nın məlumatına görə, iclası açıq elan edən sədr Oqtay Əsədov müzakirələrin sabah da davam etdiriləcəyini deyib. Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “2017-ci il üçün yaşayış minimumu haqqında”, “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Çıxış edən deputat Jalə Əliyeva bəzi rayonlarda icbari tibbi sığorta ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlandığını xatırladaraq deyib ki, icbari tibbi sığortanın aztəminatlı ailələr üçün vacibliyini nəzərə alaraq onun daha tez tətbiq olunmasına ehtiyac var. O, ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin yaradılmasını təklif edib: “Çox təəssüf ki, ölkəmizdə hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları və ya digərləri tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından, bu hallar ağır nəticələrə gətirib çıxarır. Bu baxımdan belə halların qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa, yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR