OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı rəsmi qərarının olmaması nefti ucuzlaşdırıb

OPEC ölkələrinin hasilatın dondurulması ilə bağlı rəsmi qərarının olmaması nefti ucuzlaşdırıb
# 31 oktyabr 2016 06:53 (UTC +04:00)

Dünya bazarında neft yenidən ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar azalaraq 48,51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar azalaraq 49,45 dollar olub.

Neftin ucuzlaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması barədə konkret qərara gələ bilməməsi səbəb olub.

Qeyd edək ki, OPEC-in xüsusi komitəsinin Vyanada keçirilən iclasında kartelə üzv ölkələrin energetika nazirlərinin noyabrın 30-da keçiriləcək rəsmi görüşündə oxşar müzakirələrin aparılması qərara alınıb. Bu vaxta qədər hasilatın müəyyən səviyyədə dondurulması və istehsalın azalması ilə bağlı göstəricilərin dəqiqləşəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR