İtaliya sahil mühafizə qüvvələri minədək miqrant xilas edib

İtaliya sahil mühafizə qüvvələri minədək miqrant xilas edib
# 22 oktyabr 2016 20:25 (UTC +04:00)

Bakı-APA. İtaliya sahil mühafizə qüvvələri Aralıq dənizində minədək afrikalı miqrantı xilas edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, miqrantların xilas edilməsi əməliyyatında həmçinin “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatın nümayəndələri də iştirak edib.

Məlumata görə, dənizdə bir rezin qayığın batması nəticəsində 10 miqrant itkin düşüb, onlardan doqquzunun meyitini bir müddət sonra aşkarlamaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR