Ötən il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 14%-ə qədər artıb

Ötən il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 14%-ə qədər artıb
# 15 yanvar 2018 08:24 (UTC +04:00)

2017-ci il ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 mlrd. 608 mln. 779,61 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 317 mln. 182,1 min manat və ya 13,84% artıb.

Ötən il ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 706 mln. 874,34 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 773 mln. 189,74 min manat, aksizlər üzrə 93 mln. 293,13 min manat, yol vergisi üzrə isə 34 mln. 792,13 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR