Cəlilabadda benzin daşıyan yük maşını ilə minik avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb

Cəlilabadda benzin daşıyan yük maşını ilə minik avtomobilinə çırpılıb, 4 nəfər xəsarət alıb
# 27 fevral 2017 14:31 (UTC +04:00)

Cəlilabadda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə benzin daşıyan qoşqulu yük avtomobili toqquşub. Nəticədə minik maşınının sürücüsü və sərnişinləri - Ceyhun, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır qiymətləndirilir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR