Tramp Şimali Koreya lideri ilə razılığa gəlməməsinin səbəbini açıqlayıb

Tramp  Şimali Koreya lideri ilə razılığa gəlməməsinin səbəbini açıqlayıb
# 01 mart 2019 10:37 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp 2-ci nüvə sammitində Cənubi Koreya lideri Kim Çen Inlə razılığa gəlməməsinin səbəblərini açıqlayıb. ONA xəbər verir ki, FoxNews-a müsahibə verən prezident deyib ki, ABŞ Şimali Koreyanın nüvə silahından tam təmizlənməsini istədiyi halda Şimali Koreya nüvə arsenalının yalnız bir hissəsini ləğv edə biləcəyini bəyan edib.
Donald Tramp tam proqram qəbul olunmadan sanksiya məsələsində güzəştə gedə bilməyəcəyini vurğulayıb: “KXDR nümayəndələri buna hazır deyildi. Ola bilər, kimsə desin ki, bu, yaxşı başlanğıcdır. Ancaq mən hiss etdim ki, bu düzgün deyil”.

Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində ABŞ və KXDR liderlərinin ikinci sammiti keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR