Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan piyadaların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan piyadaların şəxsiyyəti məlum olub - YENİLƏNİB
# 30 dekabr 2019 21:53 (UTC +04:00)

Şirvanda yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan piyadaların şəxsiyyəti müəyyənləşdirilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, “Mercedes” markalı avtomobilin vurması nəticəsində xəsarət alan şəxslər Şirvan şəhər sakinləri 1962-ci il təvəllüdlü İmanova Lətifə İzzət qızı və 1970-ci il təvəllüdlü Atayev Rövşən İzaməddin oğludur.

20:29

Şirvan şəhərində piyadaların vurulması ilə nəticələlən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən kişi və qadını vurub.

Piyadalar ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR