"Samsung" "Note 7"-nin uğursuz istehsalından $5 mlrd. itirəcək

"Samsung" "Note 7"-nin uğursuz istehsalından $5 mlrd. itirəcək
# 14 oktyabr 2016 11:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Samsung" şirkəti "Galaxy Note7" modelinin istehsalının dayandırılmasından növbəti iki rüb ərzində təxminən $3 mlrd. itirəcək. "APA-Economics" xəbər verir ki, bununla ilin son rübündə şirkətin əməliyyat mənfəəti $2,2 mlrd., 2017-ci ilin birinci rübündə isə daha $0,8 mlrd. azalacaq.

Bundan əvvəl isə iyul-sentyabr ayları üçün "Samsung"un əməliyyat mənfəəti üzrə proqnoz $2,3 mlrd. azaldılıb. Eyni zamanda, şirkət uğursuz "Galaxy Note7" istehsalından $5 milyarddan çox itirir. "The Wall Street Journal" nəşrinin qiymətləndirmələrinə əsasən bu rəqəm "Samsung"un 2015-ci il ərzində əldə etdiyi mənfəətin təxminən yarısına bərabərdir.

Qeyd edək ki, şirkət avqustun 19-dan etibarən "Galaxy Note 7" modelinin satışına başlayıb. Smartfon "Apple" şirkətinin istehsal etdiyi "iPhone 7"-yə əsas rəqib kimi göstərilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR