Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
# 23 iyul 2017 22:10 (UTC +04:00)

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Uşangi Kokauri növbəti uğurunu qazanıb.

Apasport.az saytının məlumatına görə, idmançımız Belarusun paytaxtı Minskdə təşkil olunan Avropanın açıq çempionatında qüvvəsini sınayıb.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz rusiyalı Edqardt Smereka ve belaruslu Aleksandr Vaxavyak üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib.

Finalın bir addımlığında litvalı Marius Paskeviçyusla üz-üzə gələn Kokauri rəqibini məğlub edib.

Həlledici qarşılaşmada meydan sahibi Vladislav Tsarpitski ilə görüşən idmançımız məğlub olub və yarışı gümüş medalla başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR