Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 16 sentyabr 2017 07:42 (UTC +04:00)

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı-Qazax avtomobil magistralının Şəmkir şəhəri ərazisindən keçən hissəsində “Ford” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Həmin şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR