Həbs olunan şəxsləri azadlığa çıxaracağı adı ilə dələduzluq edən şəxs barəsində təkrar ekspertiza təyin edilib

Həbs olunan şəxsləri azadlığa çıxaracağı adı ilə dələduzluq edən şəxs barəsində təkrar ekspertiza təyin edilib
# 24 noyabr 2016 12:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mütəllim Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi çıxış edərək bildirib ki, M. Hümbətov barəsində təyin olunan ilkin tibbi ekspertiza onun cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğunu qeyd edib: "Biz bu rəylə razılaşmırıq və hesab edirəm ki, Mütəllim Hümbətovun davranışları anlaqlıdır. Bu baxımdan təkrar tibbi ekspertiza təyin edilməlidir".

Məhkəmə kollegiyası verilən vəsatətlə bağlı müşavirəyə gedib. Müşavirədən sonra vəsatət təmin edilib. Məhkəmə təqsirləndirilən şəxs barəsində təkrar tibbi ekspertizanın aparılmasını mümkün sayıb.

Qeyd edək ki, M. Hümbətov cinayət törədərək həbs edilən şəxslərin azad ediləcəyini deyərək, onların yaxınlarına qarşı ümumilikdə 38 min manat məbləğində dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR