Kürdəmir sakini müəmmalı şəkildə ölüb

Kürdəmir sakini müəmmalı şəkildə ölüb
# 04 fevral 2017 07:10 (UTC +04:00)

Kürdəmir rayon sakini müəmmalı şəkildə ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə fevralın 3-də axşam saatlarında rayonun Qağacılı kəndində baş verib.

Qağacılı kənd sakini, 1995-ci il təvəllüdlü Qismət Mübariz oğlu Muğayev kənd ərazisində usta işlədiyi evdə iş başında qəflətən dünyasını dəyişib. Əvvəlcə mərhumun elektrik cərəyanı vurması nəticəsində öldüyü bildirilib. Q. Muğayevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Meyitin xarici müayinəsi zamanı onun başqa səbəbdən öldüyü məlum olub. Dəqiq ölüm səbəbi götürülən analizlərin cavabından sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR