Kolumbiyada sel nəticəsində 250 nəfər ölüb, 220 nəfər itkin düşüb - YENİLƏNİB

Kolumbiyada sel nəticəsində 250 nəfər ölüb, 220 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 02 aprel 2017 02:23 (UTC +04:00)

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölənin prezidenti Xuan Manuel Santos bildirib. Təbii fəlakət nəticəsində 400 nəfərin xəsarət aldığını, 220 nəfəri itkin düşdüyünü bildirib.

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa, Sanqoyako və Mulatos çaylarında daşqının baş verməsi göstərilir.

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.

***** 22.53

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 112 nəfər ölüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, xeyli insan itkin düşmüş hesab edilir. “El Heraldo” portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfəri itkin düşdüyünü bildirib.

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR