Siyəzəndə 59 yaşlı kişi itkin düşüb

Siyəzəndə 59 yaşlı kişi itkin düşüb
# 28 oktyabr 2016 10:34 (UTC +04:00)

Siyəzən şəhər sakini itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1957-ci il təvəllüdlü Gülbalayev Adıgözəl Bayram oğlu 1 mart 2016-cı il tarixdə evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində göy rəngli köynək, boz rəngli gödəkcə, qara rəngdə şalvar və ayağında qara rəngli ayaqqabı olub.

Onun boyu 160 sm, qaraşın, ağ qısa saçlı, qəhvəyi gözlü, uzunsov sifət quruluşludur.

Həmin şəxs barədə məlumatı olanlardan Siyəzən rayon Polis Şöbəsinə və (02330) 4-13-03, (070) 815-93-63, (055) 884-57-78 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR