YAP Binəqədi rayon təşkilatının yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilib

YAP Binəqədi rayon təşkilatının yaranmasının 25 illiyi ilə əlaqədar tədbir keçirilib
# 09 mart 2018 14:43 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaranmasının 25 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov, millət vəkili Kəmaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbirdən öncə iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək gül dəstələri qoyublar.

Sonra tədbirdə YAP Binəqədi rayon təşkilatının yaradılmasından ötən 25 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, sıralarında 15 mindən çox üzvü birləşdirən rayon təşkilatı 1993-cü ilin 7 mart tarixində təsis edilib. O qeyd edib ki, bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.

R. Göyüşov həmçinin bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərindən bəhs edib, seçkilərə hazırlıq mərhələsində görülən işlər barədə ətraflı məlumat verib.

Sonra E. İbrahimov, K. Qafarov, Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov, YAP Gənclər Birliyinin sədr müavini, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva çıxış ediblər.

Tədbirdə yekun nitq söyləyən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı X. İsgəndərov bildirib ki, dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq, ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. O, Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını qeyd edib.

Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib. YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə bir qrup partiya fəalı təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR