Nikki Heyli: “Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil”

Nikki Heyli: “Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil”
# 18 yanvar 2017 20:51 (UTC +04:00)

Yeni Vaşinqton administrasiyası ölkəyə gələn müsəlmanları icbari qeydiyyata almaq niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-də daimi nümayəndə vəzifəsinə namizədi Nikki Heyli Senatda keçirilən dinləmələrdə bəyan edib.

“Biz hesab etmirik ki, dini mənsubiyyət əsasında hər hansı məhdudiyyət qoyulmalıdır. Sadəcə biz hansı ölkələrin təhlükə kəsb etdiyini bilərək həmin ölkələrdən gələn insanları yoxlamalıyıq. Ölkəyə daxil olan bütün müsəlmanların yoxlanılmasından söhbət gedə bilməz”, deyə N.Heyli bildirib.

Qeyd edək ki, seçkiqabağı kampaniya zamanı Donald Tramp terrorçuluq fəaliyyəti yüksək olan ölkələrdən insanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR