Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb
# 01 yanvar 2020 23:23 (UTC +04:00)

Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, rayon ərazisində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Cəfərov Şəhriyar Tariyel oğlunu vurub.

Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, müştərək travma diaqnozu qoyulub. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, Ş.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR