Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin cəzası azaldılıb

Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxsin cəzası azaldılıb
# 10 mart 2017 06:35 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmə qərarı ilə İ. Qasımovun həbs cəzası 15 ildən 12 ilə endirilib.

Qeyd edək ki, İ. Qasımov ötən ilin iyununda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Sonra İ. Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib.

İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR