Sədr: "Bu il Unibank aktiv kreditləşmə siyasəti yürüdəcək"

Sədr: "Bu il Unibank aktiv kreditləşmə siyasəti yürüdəcək"
# 02 fevral 2018 09:40 (UTC +04:00)

"Son üç ildə ilk dəfədir ki, "Unibank" ötən ili mənfəətlə başa vurub".

"APA-Economics"in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib. Onun sözlərinə görə, ötən il bankın kredit portfelində artım qeydə alınıb, depozit portfeli sabit qalıb.

F.Hüseynov bildirib ki, bu il "Unibank" aktiv kreditləşməyə xüsusi diqqət yetirəcək: "Mikrokredit, istehlak kreditləri, kiçik və orta sahibkarlıq sahəsində kreditləşmə ilə bağlı mühüm planlarımız var".

F.Hüseynov rəhbərlik etdiyi bankın bağlanacağı ilə bağlı xəbərlərə də münasibət bildirib: “Bu məlumatlar sadəcə şayiədir. Bu məlumatı yayan mətbuat orqanları onu sənədlərlə sübut etməlidirlər. Şayiələri şərh etmək istəmirəm. Heç kim deyə bilməz ki, Unibank depozitləri qaytarmaqda çətinlik çəkir. Bankın kapitallaşması ilə bağlı rəsmi açıqlamamız var, yaxın zamanlarda audit hesabatımız da çıxacaq. Biz ötən il bankın kapitallaşması prosesini də aparmışıq. Ötən il ərzində, ümumilikdə 70 milyon manatdan çox kapitallaşma həyata keçirilib. Bizim konsolidasiya ilə bağlı hər hansı planımız yoxdur".

F.Hüseynov əlavə edib ki, "Unibank" cari ildə rəqəmsal bankçılığın genişləndirilməsi üzərində işləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR