Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum edib

Venesuelada polis helikopteri Ali Məhkəmənin binasına hücum edib
# 28 iyun 2017 05:54 (UTC +04:00)

Venesuelanın paytaxtı Karakas şəhəri üzərində uçan polis helikopterinin pilotu əhalini hökumətə qarşı çıxış etməyə çağırıb, daha sonra isə Ali Məhkəmənin binasına hücum edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.

“Bir nəfər respublikaya qarşı silah qaldırıb. O, helikopteri qaçıraraq Ali Məhkəmənin binasına hücum edib”, - deyə o qeyd edib.

Məlumatı Venesuela prezidenti Nikolas Maduro təsdiqləyib.

“Helikopterdə olanlardan biri ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan sabiq DİN rəhbəri Rodriqes Torresin pilotu olub”, - deyə Maduro qeyd edib.

Onun sözlərinə görə, helikopterdən məhkəmə binasına iki əl qumbarası atılıb. Onlardan biri yalnız biri partlayıb: “İnsident nəticəsində yüzlərlə insan yaralana bilərdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR