BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 12 mart 2019 18:25 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104003741 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

ONA-nın BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92,9728 AZN (7,6208%) və 93,9124 AZN (6,5357%) olan 18 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 93,3873 AZN (7,1394%), orta ölçülmüş qiyməti 93,4450 AZN (7,0727%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 202 600 AZN, yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 10 mart 2020-ci il.

Hərrac iştirakçıları 13 mart 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR