Fidel Kastro ilə vida mərasimində 20-dən çox ölkə lideri iştirak edəcək

Fidel Kastro ilə vida mərasimində 20-dən çox ölkə lideri iştirak edəcək
# 29 noyabr 2016 03:48 (UTC +04:00)

Ən azı 25 ölkə lideri Fidel Kastro ilə vida mərasimində iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə Kubanın xarici işlər nazirliyindən bildiriblər.

Qərb yarımkürəsində ilk və yeganə sosialist ölkəsinin banisi ilə vida mərasimi Kubanın paytaxtı Havanada, Xose Marti adına memorial kompleksin ərazisində keçirilir.

Dəfn mərasimi dekabrın 4-də müqəddəs İfiqeniya qəbiristanlığında keçiriləcək. Xatırladaq ki, Kuba inqilabının lideri Fidel Kastro noyabrın 25-də 90 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR