Bakı və Saatlıda 4 otaqlı ev yanıb

Bakı və Saatlıda  4 otaqlı ev yanıb
# 06 mart 2018 21:53 (UTC +04:00)

Bakı və Saatlıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, paytaxtda yanğın Xəzər rayonunda ümumi sahəsi 200 m2 olan birmərtəbəli mansarda tipli 4 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​​

Saatlı rayonunda ümumi sahəsi 184 m2 olan birmərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin dam örtüyü 104 m2, 2 aynabəndin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR