Pentaqon: Suriyada “Əl-Qaidə” silahlıları məhv edilib

Pentaqon: Suriyada “Əl-Qaidə” silahlıları məhv edilib
# 09 fevral 2017 00:16 (UTC +04:00)

Suriyada ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində “Əl-Qaidə” terror təşkilatının 11 üzvü məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

“Fevralın 3-ü və 4-də ABŞ Hərbi-Hava Qüvvələrinin İdlib şəhəri yaxınlığında endirdiyi hava zərbələri nəticəsində “Əl-Qaidə” terror təşkilatının 11 üzvü məhv edilib”, deyə C.Devis bildirib.

Pentaqon nümayəndəsi məhv edilənlər arasında vaxtı ilə Üsamə ben Ladenlə əlaqəsi ilə tanınan terrorçu Əbu Hani əl-Məsrinin də olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR