Səfir: “İran münaqişələrin danışıqlar yolu ilə həll olunacağına inanır”

Səfir: “İran münaqişələrin danışıqlar yolu ilə həll olunacağına inanır”
# 09 fevral 2017 16:45 (UTC +04:00)

İranın Azərbaycandakı səfirliyi İslam İnqilabının 38 ildönümü ilə əlaqədar qəbul təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən səfir Cavad Cahangirzadə bildirib ki, İran regional və beynəlxalq münaqişələrin sülh və danışıqlar yolu ilə həll olunacağına inanır.

"Son illər İran zalım və ədalətsiz sanksiyalarla üzləşib. Lakin elm və texnologiya sahəsində inkişafımız dayanmayıb. İran qonşuları ilə, xüsusilə Azərbaycanla ən yaxşı münasibət qurmaq əzmindədir. Bu ölkə ilə bizi ümumi dini, mədəni və tarixi bağlar bağlayır. Dost və qardaşlıq əlaqələri iki ölkə arasında əlaqələrin böyük potensialının olduğunu göstərir. İki ölkə arasında Şimal-Cənub nəqliyyat dəhlizinin icrası böyük strateji əhəmiyyətə malikdir. Münasibətlərimiz hazırda ən yüksək səviyyədədir", - deyə o vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Azərbaycan və İran xalqlarını dərin tarixi dostluq əlaqələri və ümumi mənəvi maraqlar birləşdirir: “İranla Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində əlaqələr dərinləşir, ticarət dövriyyəsi artır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Ümid edirəm ki, bu əlaqələr bundan sonra da inkişaf edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR