Son 15 ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5 dəfə artıb

Son 15 ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı 5 dəfə artıb
# 12 aprel 2018 09:43 (UTC +04:00)

"Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması məqsədi ilə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, dövlət tənzimləməsinin təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətlərinin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib".

"APA-Economics"in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu, özünü müəssisə və təşkilatların, fərdi sahibkarların sayının artmasında büruzə verir.

T.Budaqov bildirib ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 118594 olub və bu, 2004-cü ilin yanvarın 1-i ilə müqayisədə 1,9 dəfə çoxdur: "Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5 dəfə artaraq 794441 olub. Son bir ildə isə ölkədə yeni yaradılan 11934 hüquqi şəxs və 137131 fərdi sahibkar qeydiyyatdan keçib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR