MDB sərhəd qoşunlarının komandanları Qazaxıstanda görüşəcək

MDB sərhəd qoşunlarının komandanları Qazaxıstanda görüşəcək
# 11 mart 2017 09:01 (UTC +04:00)

MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək.

APA-nın Şuranın saytına istinadən verdiyi məlumata görə, sayca 77-ci iclas 15-19 may tarixlərində Almatıda baş tutacaq.

Toplantının Almatıda keçirilməsinə səbəb faktın Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Xidməti Akademiyasının yaradılmasının 85 illiyinə təsadüf etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR