Prokuror Britaniya vətəndaşına qarşı soyğunçuluqda təqsirləndirilən şəxslərə cəza istəyib

Prokuror Britaniya vətəndaşına qarşı soyğunçuluqda təqsirləndirilən şəxslərə cəza istəyib
# 13 oktyabr 2017 15:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, Emin Mustafayev və Nicat Hacıyevin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 18-də davam edəcək.

Qeyd edək ki, aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında Böyük Britaniya vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pul qabını açıq talama yolu ilə almış Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR