Lənkəranda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - FOTO   - YENİLƏNİB
# 23 may 2024 01:05 (UTC +04:00)

Lənkəranda baş verən yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində ölən şəxs Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Vüsalə Müqabil qızı Əliyevadır.

***
00:06

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında Lənkəran şəhərinin Şəhidlər Xiyabanı ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106"markalı minik avtomobili şəxsiyyəti hələ dəqiqləşdirilməyən 35-40 yaşlarında olan qadını vurub.

Ağır xəsarət alan qadın təcili olaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onun həyatını xilas etmək mümkün olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR