Bank Of Baku

Sabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur

Sabah aktyor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur
# 18 iyul 2008 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. İyulun 20-də tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin 60 yaşı tamam olur. Azərbaycan Kinorejissorlar Gildiyasından APA-ya bildirilib ki, bu münasibətlə gildiyada yubiley tədbirinin keçirilməsi nəzərdə tutulub. R. Əzizbəyli Möhsün Sənani, Ağadadaş Qurbanov, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Adil İsgəndərov və neçə-neçə səhnə korifeyləri ilə çiyin-çiyinə çalışıb. 1977-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Mədəni-maarif fakültəsini bitirən Ramiz Əzizbəyli “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətini davam etdirib. O, 30-a yaxın bədii filmdə, “Mozalan” satirik kinojurnallarında yadda qalan və sevilən obrazlar yaradıb, 1000-dən çox xarici filmlərin Azərbaycan dilinə dublyajında səslənməsində iştirak edib. 1987-ci ildə “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb. 1992-ci ildə yeni iqtisadi münasibətlərin formalaşdığı bir zamanda Ramiz Əzizbəyli tamaşaçıya və bazara hesablanmış “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı və kassa filmi kimi və yeni tariximizdə çəkilən ən gəlirlı ilk film olaraq yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissor kimi çəkdiyi son bədii filmi olan “Yalan” Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr olunub. Azərbaycanın əməkdar artisti Ramiz Əzizbəyli Kinematoqrafçılar İttifaqının və Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR