Bank Of Baku

Xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

Xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib
# 14 aprel 2009 15:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Vəcihə Səmədova adına Sərgi Salonunda xalq rəssamı Məmmədağa Hüseynovun 80 illik yubileyinə həsr olunmuş yubiley sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, yubiley sərgini açan Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirib ki, M. Hüseynov Azərbaycan təsviri sənətinin və kinematoqrafiyasının inkişafında yüksək xidmətlər göstərib. Kinoşünas Aydın Kazımzadə isə qeyd edib ki, Azərbaycan kinosu yarandığı gündən milli kino rəssamlarının yolunu gözləyib. Milli kino rəssamlarının kinoya axını isə ötən əsrin 50-ci illərindən başlayıb. M. Hüseynovun da daxil olduğu həmin dəstənin üzvləri Azərbaycan kinosunun bədii tərtibatında yeniliklər etdilər. A. Kazımzadənin sözlərinə görə, M, Hüseynov 26 bədii filmə bədii tərtibat verib. “Səhər”, “Sehrli xalat”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ögey ana” kimi filmlər məhz onun rəssamlığı sayəsində ərsəyə gəlib.
Qeyd edək ki, yubiley sərgisi aprelin 21-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR