Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu formalaşdırılıb

Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu formalaşdırılıb
# 28 noyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Vyetnam Milli Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupu formalaşdırılıb.

APA-nın Vyetnam KİV-nə istinadən xəbərinə görə, Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu dostluq qrupu iki ölkənin parlamentləri arasında əlaqələrin yaxşılaşmasına xidmət edəcək.

Dostluq qrupunun tərkibinə Vyetnam Milli Məclisinin altı deputatı daxil olub. Qrupa parlamentin Müdafiə və Təhlükəsizlik komitəsinin sədr müavini Tran Dinh Nha başçılıq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR