Azərbaycan ərazisində kəmiyyət vahidlərinin adları, işarələri və yazılış qaydaları müəyyənləşib

Azərbaycan ərazisində kəmiyyət vahidlərinin adları, işarələri və yazılış  qaydaları müəyyənləşib
# 26 iyun 2014 12:26 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin təsdiqlədiyi “Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydaları”na əsasən Ölçülər və Çəkilər üzrə Baş Konfrans tərəfindən qəbul edilmiş Beynəlxalq vahidlər sisteminin (BVS) kəmiyyət vahidləri, adları və işarələri Azərbaycan ərazisində tətbiq edilir.

Vahidin adına və işarəsinə iki və ya daha artıq önşəkilçinin bir-birinin ardınca birləşdirilməsinə yol verilmir (məsələn, “mikromikrofarad” vahidinin adının əvəzinə “pikofarad” yazmaq lazımdır). Kütlənin əsas vahidinin adı - kiloqram “kilo” önşəkilçisini özündə saxladığından, kütlə vahidinin misl və hissələrini əmələ gətirmək üçün kütlənin hissə vahidi - qram (0,001 kg) və önşəkilçi “qram” sözünə birləşdirilir. Məsələn, mikrokiloqram (μkg, mkkq) vahidinin əvəzinə milliqram (mg, mq). Kütlənin hissə vahidi - qramın önşəkilçibirləşdirmədən tətbiq edilməsinə yol verilir. Önşəkilçi və ya onun işarəsini vahidin adı və ya uyğun olaraq axırıncının işarəsi ilə birlikdə yazmaq lazımdır. Əgər vahid vahidlərin hasili və ya nisbəti kimi əmələ gəlmişdirsə, önşəkilçi və ya onun işarəsi hasilə və ya nisbətə daxil olan birinci vahidin adına və ya işarəsinə birləşdirilir. Önşəkilçinin hasilin ikinci vuruğuna və ya məxrəcə birləşdirilməsinə yalnız belə vahidlərin geniş yayıldığı və bu bəndə uyğun olaraq əmələ gətirilən vahidlərə keçidin çətinlikləri ilə əlaqədar əsaslandırılmış hallarda yol verilir. Məsələn: ton-kilometr (t×km, t×km), volt bölünsün santimetr (V/cm, V/sm), amper bölünsün kvadrat millimetr (A/mm2, A/mm2). Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidləri başlanğıc vahidin adına önşəkilçibirləşdirməklə əmələ gətirilir. Məsələn: metrin ikinci dərəcəsindən ibarət olan sahənin kvadrat metr vahidinin misl və ya hissələrinin adlarını əmələ gətirmək üçün önşəkilçi bu axırıncı vahidin adına birləşdirilir: kvadrat kilometr, kvadrat santimetr. Qüvvətə yüksəldilən başlanğıc vahidin misl və hissə vahidlərinin işarələri uyğun dərəcə göstəricisini başlanğıc vahidin misl və hissə vahidinin işarəsinə əlavə etməklə əmələ gətirilir, bununla belə, göstərici misl və hissə vahidinin (önşəkilçi ilə birlikdə) qüvvətə yüksəldilməsini göstərir.

Kəmiyyətlərin qiymətlərinin yazılışı zamanı vahidlər hərflərlə və ya xüsusi işarələrlə (...°, ...′, ...″) göstərilir, beynəlxalq (latın və ya yunan əlifbasının hərflərini istifadə etməklə) Azərbaycan (latın əlifbasının hərflərini istifadə etməklə) hərfi işarələri tətbiq edilir. Vahidlərin hərfi işarələri düz şriftlə çap olunur. Vahidlərin işarələrində nöqtə qısaldılma işarəsi kimi qoyulmur. Vahidlərin işarələri kəmiyyətlərin ədədi qiymətlərindən sonra və onlarla bir sətirdə (digər sətrə keçirilmədən) yazılır. Vahidlərin işarəsinin qarşısında duran çəp xətli kəsrdən ibarət olan ədədi qiymət mötərizədə yazılır. Ədədin axırıncı rəqəmi ilə vahidin işarəsi arasında məsafə saxlanılır. Qarşısında məsafə qoyulmayan sətir üstünə qaldırılmış işarələr istisna təşkil edir. Onluq kəsr olduqda, kəmiyyətin ədədi qiymətində vahidin işarəsi bütün rəqəmlərdən sonra yerləşdirilir. Həddi meylli kəmiyyətlərin qiymətlərini göstərən zaman həddi meylli ədədi qiymətlər mötərizəyə alınır və vahidin işarəsi mötərizədən sonra qoyulur və ya vahidin işarəsi kəmiyyətin ədədi qiymətindən sonra və onun həddi meylindən sonra yazılır. Qrafaların başlıqlarında və cədvəlin sətirlərinin adlarında (yan sütunlarda) vahidlərin işarələrini tətbiq etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR