AŞPA-nın həmməruzəçiləri bir qrup jurnalistlə görüşüblər

AŞPA-nın həmməruzəçiləri bir qrup jurnalistlə görüşüblər
# 19 may 2014 12:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Fon de Mora və Cozef Debono Qrex bu gün bir qrup jurnalistlə görüşüblər.

Bu barədə APA-ya məlumat verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, görüşdə “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyev, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, jurnalist Xədicə İsmayıl, Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov və “Media Hüquqları İnstitutu”nun əməkdaşı Xalid Ağəliyev iştirak edib.

“Görüşdə qəzetlərin vəziyyətindən, jurnalistlərin həbsindən danışıldı. Mən bizim qəzetin reportyoru Fərahim İlqaroğlunun döyülməsindən, Tofiq Yaqublunun həbs cəzası almasından, Elçin Şıxlı jurnalist Rauf Mirqədirovun həbsindən, “Ayna-Zerkalo” qəzetinin vəziyyətindən, Emin Hüseynov medianın son durumundan, jurnalist Xədicə İsmayıl isə öz problemlərindən danışdı”, - deyə R. Arifoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR