Şəki sakini intihar edib

Şəki sakini intihar edib
# 02 iyul 2014 06:36 (UTC +04:00)

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri Olimpiada məhəlləsində qeydə alınıb.

Şəki şəhər sakini, 1985-ci il təvəllüdlü Rəşad İbrahim oğlu İsmayılov özünü yaşadığı evdə hələlik istintaqa məlum olmayan səbəbdən asaraq intihar edib.

Şəki ŞRPŞ-dən bildirilib ki, R. İsmayılov ailəli olub, bir övladı var.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR