Bakıda kişi meyitinin qalıqları  tapılıb

Bakıda kişi meyitinin qalıqları  tapılıb
# 10 dekabr 2013 13:06 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Salamzadə 1055 ünvanında insan qalıqlarının tapılması barədə ötən gün axşam saatlarında polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.

Aşkarlanan qalıqlara baxış keçirilərkən skeletin kişi cinsinə məxsus olması müəyyən edilib. Mərhumun şəxsiyyətini və ölümün səbəblərinin müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.

Hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR