Bakı - Qusar yolunda baş vermiş qəzada iki nəfər ölüb - YENİLƏNİB

Bakı - Qusar yolunda baş vermiş qəzada iki nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2014 14:19 (UTC +04:00)


APA-nın şimal bürosunun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli fevralın 9-da səhər saatlarında vəfat edib.



***

Saat 08:57


Quba. Vəli Turan - APA. Fevralın 8-də saat 19 radələrində Bakı-Qusar yolunda ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Qusar şəhəri ərazisində 90 NF 003 nömrə nişanlı “Maserati” markalı avtomobilin aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

Məlumata görə, maşının sürücüsü, Bakı şəhər sakini 20 yaşlı Fərid Nazim oğlu Dadaşov hadisə yerindəcə dünyasını dəyişib.

Maşındakı digər sərnişin, 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Emin Oqtay oğlu Məmmədli isə ağır bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR