“Bank Technique”in “Nəsimi” filialı yeni ünvana köçüb

“Bank Technique”in “Nəsimi” filialı yeni ünvana köçüb
# 29 aprel 2014 09:05 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Bank Technique” ASC-nin “Nəsimi” filialı, bankın filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, bu gündən yeni ünvanda fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, daha öncə Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., 25 ünvanında yerləşən filial hazırda Səbail rayonu, Xaqani küç., 39 ünvanında bankın konsepsiyasına uyğun yenilənmiş binaya köçürülüb.

Bankdan bildirilib ki, xidmət nöqtəsinin şəhərin mərkəzində yerləşməsi çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq.

Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir.

Filialın yeni ünvanını www.banktechnique.az saytındakı Bankın filiallar və şöbələrini əks etdirən “İnteraktiv xəritə” vasitəsilə daha rahat tapmaq, hətta, buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR