Oktyabrın 10-da Minskdə MDB ölkələri dövlət başçılarının iclası keçiriləcək

Oktyabrın 10-da Minskdə MDB ölkələri dövlət başçılarının iclası keçiriləcək
# 06 oktyabr 2014 11:51 (UTC +04:00)

Bu barədə APA-nın Moskva müxbirinə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə Minskdə MDB ölkələri Dövlət Başçıları Şurasının iclası baş tutacaq.

İclasın gündəliyində təhlükəsizlik, humanitar və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına istiqamətlənmiş 17 sənəd layihəsi yer alır. Ən mühüm sənədlərdən biri MDB ölkələri dövlət başçılarının dünya ictimaiyyətinə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı müraciətidir.

İclasda dövlət başçıları 2015-ci ildə "MDB-nin mədəniyyət paytaxtı"nın Rusiyada "Voronej", Tacikistanda isə Kulyab şəhərləri olması barədə qərar qəbul edəcəklər.

Oktyabrın 9-da isə Belarus Milli Kitabxanasında MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasa Belarusun xarici işlər naziri Vladimir Makey rəhbərlik edəcək. MDB xarici siyasət idarələrinin rəhbərləri MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinə çıxarılacaq sənədləri müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR