Ukrayna ilə Avropa Birliyi arasındakı assosasiya sazişi qismən qüvvəyə minib

Ukrayna ilə Avropa Birliyi arasındakı assosasiya sazişi qismən qüvvəyə minib
# 01 noyabr 2014 10:18 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, sazişin azad ticarət zonası ilə bağlı iqtisadi hissəsinin icrası 2015-ci ilə qədər təxirə salınıb. Oktyabrın 26-da keçirilmiş parlament seçkilərindən sonra formalaşacaq koalisiya azad ticarət zonası üçün şərait yaratmalı və Ukrayna məhsullarının AB ölkələrinə ixracı üçün texniki maneələrin aradan qalxmasına nail olmalıdır.

Ukrayna prezidenti Petro Poroşenko və Avropa Birliyinin liderləri Herman Van Rompey, Joze Manuel Barrozo birgə bəyanat yayıblar. Bəyanatda sazişin əsas müddəalarının tətbiqinə başlanması alqışlanıb və münasibətlərdə yeni mərhələnin start götürdüyü qeyd edilib. Bəyanata əsasən indiki mərhələdə hüququn aliliyi, cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, eləcə də sektoral əməkdaşlığın gücləndirilməsinə diqqət yönələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR