Lənkəranda yanğın olub - VİDEO

Lənkəranda yanğın olub - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 02:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə dünən günorta saatlarında qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Yanğınsöndürənləri səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, 1,5 hektar ərazidə kol-kos yanıb.

Məlumata görə, iyulun 14-də həmçinin Lənkəran şəhərinin Sahil küçəsində yerləşən həmin hərbi hissəyə məxsus ümumi ərazisi 4 hektar olan poliqonun 2 hektar sahəsində kol-kos yanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR