Azərbaycan prezidenti Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının rəhbərini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının rəhbərini qəbul edib - <span style="color: red;">VİDEO
# 27 aprel 2015 11:29 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı R. Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirib.

Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Ölkəmizə İrəvandan gəldiklərini vurğulayan R. Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını deiyb. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan R. Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR