Nigeriyada daha bir şəhər “Boko Haram” silahlılarından azad edilib - VİDEO

Nigeriyada daha bir şəhər “Boko Haram” silahlılarından azad edilib - <span style="color: red;">VİDEO
# 16 mart 2015 21:46 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Bama 2014-cü ilin sentyabrından terrorçuların nəzarəti altında olub.

Bundan əvvəl, Nigeriyanın şimal-şərqindəki Yobe ştatının “Boko Haram” silahlılarından təmizlənməsi barədə məlumat yayılmışdı.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının silahlıları internetdə paylaşdıqları video çarxda İŞİD-ə sadiq qalacaqlarına and içiblər. Xatırladaq ki, 2009-cu ildən etibarən “Boko Haram” terrorçu təşkilatı Nigeriyada 13 min insanın ölümünə səbəb olub. 1,5 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR